Əsas vəzifə öhdəlikləri
- Tikinti layihələri üzrə geodeziya və topoqrafik ölçmə işlərini həyata keçirmək;
- Total Station, GNSS/GPS, nivelir və digər geodeziya avadanlıqları ilə ölçmələr aparmaq;
- Layihə oxlarını, koordinatlarını və hündürlük nişanlarını sahəyə köçürmək;
- Tikinti işlərinin layihəyə uyğunluğunu yoxlamaq və geodeziya nəzarətini həyata keçirmək;
- Topoqrafik planlar, icra planları (As-Built) və digər texniki sənədləri hazırlamaq;
- Ölçmə nəticələrini emal etmək, hesabatlar hazırlamaq və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
- Geodeziya avadanlıqlarının düzgün istifadəsini və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər
- Geodeziya və Xəritəçəkmə Mühəndisliyi, Topoqrafiya və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Total Station, GNSS/GPS və nivelir cihazları ilə işləmək bacarığı;
- AutoCAD proqramında sərbəst işləmək bacarığı;
- AutoCAD Civil 3D və ya digər geodeziya proqramlarını bilmək üstünlükdür;
- Texniki çertyojlar və layihələrlə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, analitik düşünmə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
- İş növü: Tam ştat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə Xəritə Mühəndisi yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər