Müəssisənin adı: “FORTİS GROUP” MMC
İş yeri: Oğuz rayonu
Namizədə tələblər:
- Yaş həddi 25-55;
- Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
- Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Anbar daxilində paletlərin daşınmasını və yerdəyişimini həyata keçirmək;
- Yüklərin təyinatı üzrə daşınması, boşaldılması və yerləşdirilməsini təmin etmək;
- Yük maşınlarını, furqonları və digər nəqliyyat vasitələrini yükləmək-boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərə daşımaq;
- Hazır məhsullar üçün konteynerləri anbar və ya maşınların yaxınlığına çatdırmaq;
- Xammalı və komponentlərini saxlama anbarlarına və ya maşınlara daşımaq;
- Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olub, olmamasına nəzarət etmək və zəruri ehtiyat tədbirlərini həyata keçirmək;
- Materialların daşınması və saxlanması ilə əlaqədar prosedurlara dəyişikliklər barədə məlumatlı olmaq;
- Materialların daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və razılaşdırmaq (qəbul, yola salma və s.);
- Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, səmərəli və təhlükəsiz istifadə etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Avtokar sürücüsü (Oğuz rayonu)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya +994 50 246 02 48 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.