Avtokar sürücüsü (Oğuz rayonu)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtokar sürücüsü (Oğuz rayonu)

  • Deadline 11 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisənin adı: “FORTİS GROUP” MMC

İş yeri: Oğuz rayonu

Namizədə tələblər:

  • Yaş həddi 25-55;
  • Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Anbar daxilində paletlərin daşınmasını və yerdəyişimini həyata keçirmək;
  • Yüklərin təyinatı üzrə daşınması, boşaldılması və yerləşdirilməsini təmin etmək;
  • Yük maşınlarını, furqonları və digər nəqliyyat vasitələrini yükləmək-boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərə daşımaq;
  • Hazır məhsullar üçün konteynerləri anbar və ya maşınların yaxınlığına çatdırmaq;
  • Xammalı və komponentlərini saxlama anbarlarına və ya maşınlara daşımaq;
  • Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olub, olmamasına nəzarət etmək və zəruri ehtiyat tədbirlərini həyata keçirmək;
  • Materialların daşınması və saxlanması ilə əlaqədar prosedurlara dəyişikliklər barədə məlumatlı olmaq;
  • Materialların daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və razılaşdırmaq (qəbul, yola salma və s.);
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, səmərəli və təhlükəsiz istifadə etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Avtokar sürücüsü (Oğuz rayonu)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya +994 50 246 02 48 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily18
  • Weekly441
  • Monthly2187