İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Anbar əməliyyatlarına dair uçot və hesabatların aparılmasının təmin edilməsi;
- Bütün xammal, hazır məhsul, mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında mövcud olmasının təmin edilməsi, istisnalar barədə dərhal mühasibatlığın məlumatlandırılması;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialların təyin edilməsi və onlar barədə müvafiq izahatların mühasibatlığa təqdim edilməsi;
- Hazır məhsul, xammal, mal-materialın qəbulu və anbardan buraxılmasının təşkil edilməsi;
- Hazır məhsul anbar fəaliyyəti ilə əlaqədar mədaxil, məxaric və yerdəyişmə əməliyyatları ilə bağlı sənədlərin tərtibatı, arxivləşdirilməsi;
- Tərəziyə daxil olan gündəlik giriş-çıxışlara nəzarət edilməsi, zavoda daxil olan xammalların tərəzi ilə yoxlanılması;
- Anbardar və avtokar operatorlarının fəaliyyətinin koordinasoya edilməsi;
- Yüklənmək üçün zavoda daxil olan nəqliyyat vasitələrinin qəbul edilməsi və yüklənmiş nəqliyyat vasitələrinin sənədlərinin hazırlanmasının təmin ediməsi;
- Aylıq hazır məhsul, xammal və tərəzi hesabatlarının hazırlanmasının təmin edilməsi;
- Gündəlik satış məlumatları hesabatlarının hazırlanmasının təmin edilməsi;
- Düzgün stoklanmaya nəzarət edilməsi və Anbar sahəsindən səmərəli istifadə edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir;
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
- Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Baş anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.