İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil (hüquq);
- Müvafiq sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi olmalı;
- Korporativ və Müqavilə hüququnu mükəmməl bilməli;
- Məhkəmə təcrübəsi olmalı;
- Yaşhəddi 30-45;
- MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin adından məhkəmədə nümayəndə kimi iştirak etmək, pretenziyaları, iddia ərizələrini hazırlamaq və digər prosessual işləri yerinə yetirmək;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrin hüquqi vəziyyətini analiz etmək və buna uyğun məktub, ərizələri hazırlamaq və əgər varsa şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
- Müəssisənin hüquqi və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
- Müəssisənin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasını təqib etmək, normativ-hüquqi təminat işlərinin vəziyyətini təhlil etmək və tənzimləyici tədbirlər barəsində müvafiq təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək;
- Müəssisənin daxilində hazırlanan əmrlərin, təlimatların, əsasnamələrin, standartların və digər normativ xarakterli sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Hüquqşünas” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.