Əsas öhdəliklər:
- Satış və komandaların performansı haqqında müntəzəm hesabatlar hazırlamaq və təhlillər aparmaq. Satış məlumatlarını toplamaq, təhlil edərək təqdim etmək.
- Satış komandalarının müəyyən dövrdə və formatda yığıncaqlarını təşkil etmək, gündəm hazırlamaq, vaxtlama və təşkilat işlərini həyata keçirmək.
- Satış komandası və digər şöbələrlə əlaqə qurmaq və koordinasiyanı təmin etmək. Həmçinin, xarici tərəfdaşlarla da əlaqədə olmaq.
- Satış hədəflərinin müəyyənləşdirilməsinə və strategiyaların hazırlanmasına kömək etmək. Satışın inkişafı üçün təkliflər vermək.
- Əhəmiyyətli müştərilərlə əlaqələri izləmək, rəy almaq və bu rəylərin satış strategiyalarına əks olunmasını təmin etmək.
- Satış komandasının inkişafına yönəlik təkliflər vermək və təşkilatını həyata keçirmək.
- Sahə ziyarətləri edərək ümumi vəziyyəti qiymətləndirmək və rəhbərinə hesabat vermək.
Tələblər:
- Müvafiq sahədə bakalavr təhsili
- Satış əməliyyatları, koordinasiya və ya strateji planlama sahəsində ən azı 5 il təcrübə
- Məlumat təhlili və hesabat hazırlama sahəsində güclü bilik və təcrübə (Excel, Power BI və s. kimi proqramları istifadə etmə bacarığı)
- Komanda idarəetməsi və ünsiyyət bacarıqları inkişaf etmiş, fərqli tərəfdaşlarla koordinasiyanı təmin edə bilən
- Təşkilat və vaxt idarəetməsi sahəsində səriştəli
- Strateji baxış bucağına sahib, prosesləri inkişaf etdirmək və yaxşılaşdırmaq sahəsində təşəbbüs göstərə bilən