Fostanpak MMC Fostanpak MMC
  • 259

Direktor köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Direktor köməkçisi

  • Deadline 2 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Direktorun iş təqvimini idarə etmək, görüşləri, iclasları və işgüzar səfərləri planlaşdırmaq.
  • Verilən tapşırıqların icra müddətlərini və nəticələrini izləmək, gecikmələr barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
  • İstehsal, satış, marketinq şöbələri ilə koordinasiyanı təmin etmək.
  • İclasların gündəliyini hazırlamaq, qərarları qeyd etmək və aidiyyəti şəxslərlə icrasını izləmək.
  • Hesabatları və məlumatları toplayaraq rəhbərliyə aydın, yığcam formada təqdim etmək.

Namizəddən tələblər: 

  • Ali təhsil və müvafiq vəzifədə 3 il iş təcrübəsi.
  • Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət — mütləq tələbdir.
  • Güclü təşkilatçılıq, analitik düşüncə və vaxtın idarə edilməsi bacarığı.
  • İşgüzar yazışma və təqdimat bacarığı.
  • Müstəqil işləmək, təşəbbüs göstərmək və problemlərə həll təklif etmək.
  • Məxfi məlumatlarla işləmək məsuliyyəti və peşəkar davranış.

İş şəraiti

  • 6 günlük iş həftəsi (6cı gün qısa iş qrafiki)
  • Nahar müəssisə tərəfindən təmin edilir.
  • İş yeri: Bakı, Binəqədi r,Binəqədi qəsəbəsi
  • Əmək haqqı: 1000 AZN + (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsnasında danışılacaq)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily108
  • Weekly108
  • Monthly109