Vəzifə öhdəlikləri:
- Mağazanın ümumi fəaliyyətinə nəzarət və gündəlik idarəetmənin təşkili
- Satış komandası üzvlərinin motivasiyası və inkişafı
- Günlük, həftəlik və aylıq satış hədəflərinin təyin edilməsi və yerinə yetirilməsinə nəzarət
- Mağaza daxilində məhsul düzülüşünün və vizual standartların qorunması
- Müştəri xidmətinin keyfiyyətinə nəzarət və çətin situasiyaların peşəkar həlli
- Stok idarəçiliyi, inventar və sifariş proseslərinin nəzarətdə saxlanılması
- Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizəddən tələblər:
- Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 2 il iş təcrübəsi
- Komanda idarəetməsi, motivasiya və liderlik bacarıqları
- Satış texnikaları və müştəri yönümlü yanaşma üzrə biliklər
- Problem həll etmə, qərarvermə və vaxt idarəetməsi bacarıqları
- Azərbaycan dilində səlis danışıq (Rus dili arzuolunandır)
- Microsoft Office və ya sadə ERP proqramları ilə işləmə bacarığı üstünlükdür
İş şəraiti
- Maaş müsahibə əsasında təyin olunacaq
- İş qrafiki: 09:00-18:00
- İş yeri: Bakı şəhər, Nəsimi rayonu, Ş.Əzizbəyov k
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.