Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
İşin təsnifatı:
- Təhkim olunduğu bina və villa ətrafı sahələrdə bağçılıq fəaliyyətlərini idarə etmək və layihələrdə bağbanların gündəlik işlərinə nəzarət etmək;
- Bitki sağlamlığını qorumaq üçün zərərvericilərə qarşı mübarizə tədbirlərini və digər texnikaları həyata keçirmək;
- Təsdiq edilmiş büdcə çərçivəsində bağların və ərazilərin səmərəli saxlanmasına və idarə olunmasına cavabdeh olmaq;
- Tabeçiliyində olan bağbanları öyrətmək, inkişaf etdirmək və qiymətləndirmək;
- Ağacların, kolların, gül bitkilərinin düzgün əkilməsinə və qulluğuna nəzarət;
- Bitkilərin, ağacların diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsinə nəzarət etmək;
- Bitkilərin, ağacların vaxtında sulanması və xüsusi dərmanlarla qulluq edilməsinə nəzarət və məsuliyyət daşımaq;
- Qazonların vaxtında biçilməsi, bitkilərin budanması qrafikinin hazırlanması və işinin təşkil edilməsi;
- Sahələrin yarpaqlardan, biçilmiş otlardan təmizlənməsi işinin təşkili;
- Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq.
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: (Gəncə şəhəri və Göygöl rayonu)
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Aqranom-Gəncə-Göygöl” başlığı altında e-mail ünvanına göndərə bilərsiniz.