F Foton
  • 337

Aqranom yaşıllaşdırma üzrə məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aqranom yaşıllaşdırma üzrə məsləhətçi

  • Deadline 25 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta; (ailə paketi)
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;

İşin təsnifatı:

  • Təhkim olunduğu bina və villa ətrafı sahələrdə bağçılıq fəaliyyətlərini idarə etmək və layihələrdə bağbanların gündəlik işlərinə nəzarət etmək;
  • Bitki sağlamlığını qorumaq üçün zərərvericilərə qarşı mübarizə tədbirlərini və digər texnikaları həyata keçirmək;
  • Təsdiq edilmiş büdcə çərçivəsində bağların və ərazilərin səmərəli saxlanmasına və idarə olunmasına cavabdeh olmaq;
  • Tabeçiliyində olan bağbanları öyrətmək, inkişaf etdirmək və qiymətləndirmək;
  • Ağacların, kolların, gül bitkilərinin düzgün əkilməsinə və qulluğuna nəzarət;
  • Bitkilərin, ağacların diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsinə nəzarət etmək;
  • Bitkilərin, ağacların vaxtında sulanması və xüsusi dərmanlarla qulluq edilməsinə nəzarət və məsuliyyət daşımaq;
  • Qazonların vaxtında  biçilməsi, bitkilərin budanması qrafikinin hazırlanması və işinin təşkil edilməsi;
  • Sahələrin yarpaqlardan, biçilmiş otlardan təmizlənməsi işinin təşkili;
  • Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş rejimi:  5 günlük 
  • İş yeri: (Gəncə şəhəri və Göygöl rayonu)
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

CV-lərinizi  “Aqranom-Gəncə-Göygöl” başlığı altında e-mail ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly253
  • Monthly1930