Nə təklif edirik?
- Aylıq NET əmək haqqı: 5000 AZN;
- Könüllü tibbi siğorta; (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Təhkim olunduğu bina və villaların idarə edilməsi;
- Bütün mühəndis sistemlərinin (HVAC, elektrik, su-kanalizasiya, işıqlandırma, lift, təhlükəsizlik və s.) fasiləsiz işləməsinin təmin edilməsi;
- Planlı və fövqəladə texniki baxım cədvəllərinin hazırlanması və icrasına nəzarət edilməsi;
- Müntəzəm obyekt yoxlamalarının aparılması və nasazlıqların müəyyən edilməsi;
- Yerli və beynəlxalq tikinti, yanğın, ətraf mühit və əməyin təhlükəsizliyi normalarına uyğunluğun təmin edilməsi;
- Təhlükəsizlik risklərinin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi;
- Fövqəladə hallara dair prosedurların hazırlanması və məşqlərin təşkil edilməsi (yanğın təlimləri, təxliyə planı və s.);
- İllik layihə idarəetmə büdcəsinin hazırlanması və idarə edilməsi;
- Xidmət, kommunal və təmir xərclərinə nəzarətin həyata keçirilməsi;
- İnventar və avadanlıq siyahılarının aktuallaşdırılması;
- Enerji səmərəliliyi və qənaət imkanlarının müəyyənləşdirilməsi;
- Daxili və xarici tərəfdaşlarla layihə ilə bağlı məsələlərdə əlaqələrin qurulması;
- Rəhbərliyə layihənin fəaliyyəti və göstəriciləri barədə müntəzəm hesabatların təqdim edilməsi;
- Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə əlaqədar tabeçiliyində olan texniki, bağban və təmizlik işçilərinə tapışırıqların verilməsi, işlərin icrasına nəzarətin həyata keçirilməsi;
- Binalarda gedən proseslər, müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr haqqında rəhbərliyin vaxtında və düzgün məlumatlandırılması;
- Sahədə xidmət göstərən 3-cü tərəf şirkətlərin iş keyfiyyətinə nəzarətin edilməsi;
- Bina ərazisində texniki xidmətə aid sənədlərin tələb olunan qaydada tərtib edilməsi;
- 1C proqramı vasitəsi ilə tələb olunan mal-material və servislərin sifarişlərin verilməsi və icrasına nəzarətin həyatə keçirilməsi;
- Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarətin həyata keçirilməsi;
- Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatının hazırlanması.
Tələblər:
- İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İngilis dilini yaxşı səviyyədə bilmək;
- Komanda ilə işləmək bacarığı;
- Microsoft Word, Excel proqramlarını bilməli;
- Yüksək təşkilatçılıq bacarıqları.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Region
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
Xahiş olur CV-lərinizi ”Binaların idarəedilməsi və istismarı üzrə menecer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.