Binaların idarəedilməsi və istismarı üzrə menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Binaların idarəedilməsi və istismarı üzrə menecer

  • Истекает 23 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nə təklif edirik?

  • Aylıq NET əmək haqqı: 5000 AZN;
  • Könüllü tibbi siğorta; (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Təhkim olunduğu bina və villaların  idarə edilməsi;
  • Bütün mühəndis sistemlərinin (HVAC, elektrik, su-kanalizasiya, işıqlandırma, lift, təhlükəsizlik və s.) fasiləsiz işləməsinin təmin edilməsi;
  • Planlı və fövqəladə texniki baxım cədvəllərinin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Müntəzəm obyekt yoxlamalarının aparılması və nasazlıqların müəyyən edilməsi;
  • Yerli və beynəlxalq tikinti, yanğın, ətraf mühit və əməyin təhlükəsizliyi normalarına uyğunluğun təmin edilməsi;
  • Təhlükəsizlik risklərinin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi;
  • Fövqəladə hallara dair prosedurların hazırlanması və məşqlərin təşkil edilməsi (yanğın təlimləri, təxliyə planı və s.);
  • İllik layihə idarəetmə büdcəsinin hazırlanması və idarə edilməsi;
  • Xidmət, kommunal və təmir xərclərinə nəzarətin həyata keçirilməsi;
  • İnventar və avadanlıq siyahılarının aktuallaşdırılması;
  • Enerji səmərəliliyi və qənaət imkanlarının müəyyənləşdirilməsi;
  • Daxili və xarici tərəfdaşlarla layihə ilə bağlı məsələlərdə əlaqələrin qurulması;
  • Rəhbərliyə layihənin fəaliyyəti və göstəriciləri barədə müntəzəm hesabatların təqdim edilməsi;
  • Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə əlaqədar  tabeçiliyində olan texniki, bağban  və təmizlik işçilərinə  tapışırıqların verilməsi, işlərin icrasına nəzarətin həyata keçirilməsi;
  • Binalarda gedən proseslər, müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr  haqqında rəhbərliyin vaxtında və düzgün məlumatlandırılması;
  • Sahədə xidmət göstərən 3-cü tərəf şirkətlərin iş keyfiyyətinə nəzarətin edilməsi;
  • Bina ərazisində texniki xidmətə aid sənədlərin tələb olunan qaydada tərtib edilməsi;
  • 1C proqramı vasitəsi ilə tələb olunan mal-material və servislərin sifarişlərin verilməsi və icrasına nəzarətin həyatə keçirilməsi;
  • Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarətin həyata keçirilməsi;
  • Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatının hazırlanması.

Tələblər:

  • İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • İngilis dilini yaxşı səviyyədə bilmək;
  • Komanda ilə işləmək bacarığı;
  • Microsoft Word, Excel proqramlarını bilməli;
  • Yüksək təşkilatçılıq bacarıqları.

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Region
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

Xahiş olur CV-lərinizi ”Binaların idarəedilməsi və istismarı üzrə menecer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

  • Daily10
  • Weekly588
  • Monthly2301