Biznes proseslərinin idarəedilməsi üzrə admin

  • Истекает 11 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nə təklif edirik?

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Könüllü tibbi sığorta (ailə paketi);
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI matrisləri hazırlamaq prosesində iştirak etmək;
  • Biznes prosesləri, daxili normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq;
  • Daxili normativ  sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və ləğvi mərhələlərinin koordinasiyasını aparmaq; 
  • Biznes proseslərinin idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların izlənilməsini təmin etmək;
  • Struktur bölmənin fəaliyyəti üzrə sənəd və məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
  • Proqram təminatlarından istifadə etməklə vizual materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq.

Tələblər:

  • Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Canva, Microsoft Word, Excel, PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı;
  • Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
  • CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Bakı şəhəri

CV-lərinizi “Biznes proseslərinin idarəedilməsi üzrə admin” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily120
  • Weekly158
  • Monthly742