Nə təklif edirik?
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Könüllü tibbi sığorta (ailə paketi);
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI matrisləri hazırlamaq prosesində iştirak etmək;
- Biznes prosesləri, daxili normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq;
- Daxili normativ sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və ləğvi mərhələlərinin koordinasiyasını aparmaq;
- Biznes proseslərinin idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların izlənilməsini təmin etmək;
- Struktur bölmənin fəaliyyəti üzrə sənəd və məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
- Proqram təminatlarından istifadə etməklə vizual materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq.
Tələblər:
- Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Canva, Microsoft Word, Excel, PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı;
- Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
- CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri
CV-lərinizi “Biznes proseslərinin idarəedilməsi üzrə admin” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.