Biznes proseslərinin idarəedilməsi üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes proseslərinin idarəedilməsi üzrə menecer

  • Deadline 29 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları.

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə mövcud biznes proseslərini toplamaq, təhlil etmək və modelləşdirmək;
  • Proses xəritələri, prosedurların hazırlanması və yenilənməsinə rəhbərlik etmək; 
  • Proses-performans göstəricilərini müəyyənləşdirmək və təhlil etmək;
  • Müxtəlif departamentlərlə əməkdaşlıq edərək proseslərin optimallaşdırılması üzrə təkliflər vermək;
  • Proses təkmilləşdirilməsi layihələrini planlaşdırmaq və icrasına nəzarət etmək;
  • Rəqəmsallaşma və avtomatlaşdırma imkanlarını təhlil etmək və təşəbbüslər irəli sürmək;
  • Standart əməliyyat prosedurlarının (SOP) hazırlanmasına metodiki dəstək vermək;
  • Daxili nəzarət və riskləri nəzərə alaraq proseslərin uyğunluğunu qiymətləndirmək;
  • Keyfiyyət, məhsuldarlıq və vaxt itkiləri üzrə analizlər aparmaq;
  • İdarəetmə sistemlərinin və proseslərin tənzimlənmiş qaydalara uyğunluğunu izləmək;
  • Məlumatların vizuallaşdırılması üçün müvafiq alətlərdən istifadə etmək (Power BI, Visio və s.).  
  • Yeni biznes proseslərin dizaynı və tətbiqinə texniki və metodoloji dəstək vermək;
  • İllik fəaliyyət planının hazırlanması və dövri hesabatların təqdim edilməsi;
  • İdarəetmə üçün tələb olunan sənədlərin, formaların və siyasətlərin hazırlanmasına töhfə vermək;
  • Proseslərlə bağlı daxil olan təklif və şikayətləri araşdırmaq və həll yolları təqdim etmək;
  • Audit yoxlamalarında və uyğunluq proseslərində iştirak etmək;  
  • Komplayns tələbləri ilə uyğunluğun təmin edilməsinə dəstək göstərmək;
  • Departament direktorunun verdiyi digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Namidə aid tələblər:

  • Minimum 5 il strateji planlama və ya komplayns sahəsində iş təcrübəsi;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Analitik və sistemli düşünmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya;
  • Müvafiq sahə üzrə sertifikasiya;
  • Strateji planlama və icra nəzarəti üzrə praktiki biliklər;
  • Güclü analitik, problemləri həll etmə və təşkilatçılıq bacarıqları;
  • Liderlik bacarıqları;
  • Strateji planlama və SƏTƏMM sahəsində standartlara dair məlumatları əldə etmək və onlardan istifadə etmək bacarığı.

İş şəraiti:

  • İş rejimi:  5 günlük 
  • İş yeri: Bakı şəhər 

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Biznes proseslərinin idarəedilməsi üzrə menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.

  • Daily0
  • Weekly0
  • Monthly26