Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
- Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
- Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər:
- Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
- Elektrik ixtisas sertifikatı (3-cü qrup);
- Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
- Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
- Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : Gəncə şəhəri
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Elektrik/Gəncə” qeyd etməklə e-mail ünvanına göndərəsiniz.