Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Təhkim olunduğu yaşayış və qeyri-yaşayış binalarında havalandırma, isitmə və soyutma sistemlərinin yerli norma və standartlara uyğun layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq, profilaktik baxımını təşkil etmək;
- Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Layihələndirilmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirilmə proqramlarından istifadə etmək;
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması;
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
- Obyektlərdə sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması;
- Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin (elementlərin) işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
- İsitmə-soyutma, hava tədarükü sistemlərin (avadanlıqların) əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- VRF (VRV), Çiller, Qazanxana və havalandırma sistemləri üzrə biliklərin olması;
- Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
- MS Office proqramları biliyi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : Şamaxı şəhəri
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.