Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Təmir-tikinti layihələrinin idarə olunması;
- Əmlakların istismara təhvil alınması;
- Təmir sahələrində layihənin təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsi;
- Mühəndislik və texniki xidmət strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
- Tikintinin idarə olunması proseslərini təkmilləşdirmək və inkişaf etdirilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Podradçı və subpodradçı təşkilat və briqadaların işlərinin əlaqələndirilməsi;
- Tikinti sənədlərinin düzgün aparılmasına nəzarət;
- Layihələrin iş planına, razılaşdırılmış müddətə və ayrılmış büdcəyə uyğun olaraq həyata keçirilməsinin təşkili;
- Tikinti hesabatlarının və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Tikinti üçün tələb olunan işçi heyətinin formalaşdırılmasının təşkili;
- Əlavə işlərin və ehtimal büdcənin hesablanması, baxım planının hazırlanması;
- Rəsmi qurumlarla əlaqələrin təmin edilməsi;
- Profilaktik baxım proqramının hazırlanması və həyata keçirilməsi.
Tələblər:
- Müvafiq və oxşar sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Mükəmməl ünsiyyət - Bütün səviyyələrdə işləmək və əməkdaşlıq etmək və məsləhət vermək bacarığı;
- Yaxşı planlaşdırma və monitorinq bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
- Yüksək təşkilatçılıq bacarıqları;
- Nizam-intizamlı və dəqiq, məsuliyyətli;
- Yüksək texniki biliklər;
- AutoCAD, MS Office (Excel) və 1C proqramlarından üstün səviyyədə istifadəçi təcrübəsi;
- Layihələrin idarə edilməsi təcrübə.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Şamaxı şəhəri
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “İnşaat mühəndisi” başlığı altında [email protected] e-mail ünvanına göndərə bilərsiniz