İnventar üzrə aparıcı mütəxəssis

  • Истекает 16 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta; (ailə paketi)
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Şirkətdə inventarizasiyanın vaxtında və düzgün aparılmasını təmin etmək;
  • İnventar ehtiyatlarının hərəkətinə dair qeydiyyat və uçot işlərini aparmaq;
  • İlkin inventarizasiyanı həyata keçirmək və nəticələrini müvafiq qaydada sənədləşdirmək;
  • Dövrü inventarizasiya proseslərini icra etmək və hesabatlılığı təmin etmək;
  • Şirkətin balansında olan əsas vəsaitlərin inventarizasiyasını aparmaq və nəticələrini təhlil etmək;
  • İnventar ehtiyatlarına dair müvafiq uçot və qeydiyyatların aparılmasını təmin etmək;
  • İstismara yararsız inventarların müəyyənləşdirilməsini, yoxlanılmasını və silinməsi ilə bağlı prosedurları icra etmək;
  • Əməliyyat və digər aidiyyəti bölmələrlə qarşılıqlı əməkdaşlığı təmin etmək;
  • İnventar ehtiyatlarının faktiki vəziyyətini normativlərlə müqayisə etmək, fərqləri təhlil etmək və rəhbərliyə müvafiq təkliflər vermək.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat və ya texniki sahə üzrə);
  • MS Office, 1C və ERP proqram təminatında peşəkar bilik və bacarıq;
  • Yüksək korporativ ünsiyyət bacarığı;
  • Yaxşı səviyyədə Excel bilikləri;
  • Müvafiq sahə üzrə 3 il iş staji.

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Bakı şəhəri, ezamiyyətlərə açıq olmalıdır.
  • İşçi telefon danışığı ilə təmin edilir.

CV-lərinizi  “İnventar üzrə aparıcı mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly124
  • Monthly1420