İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis

  • Deadline 4 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta; (ailə paketi)
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;

Vəzifə öhdəlikləri:

  • Ofisin sanitariya-gigiyena normalarına əsasən təmiz saxlanmasına nəzarət; 
  • İş yerlərində  sağlam sanitariya və gigiyena şəraitini təmin etmək üçün xadimələrin işinin koordinasiyası;        
  • Ofis avadanlıqlarının, infrastrukturun təmiri və texniki xidmətlərinin təmin olunması;      
  • Mətbəx üçün qida və qeyri-qida məhsullarının aylıq normalara əsasən sifariş edilməsi, anbarda yerləşdirilməsi və istifadəsinə nəzarətin təmin olunması;
  • Dəftərxana və digər ofis ehtiyacları aylıq normaya və işçilərdən daxil olan sorğulara uyğun sifariş edilməsi, anbarda yerləşdirilməsi və istifadəsinə nəzərət;
  • Havalandırmaya aid olan mərkəzləşdirilmiş sistemin koordinasiya olunması; 
  • Ofisdaxili dekorativ bitkilərin müqavilə əsasında üçüncü şəxslər tərəfindən müvafiq qaydada qulluq edilməsi və saxlanılmasına nəzarət; 
  • Cəmiyyətə xidmət göstərən mobil operatorun elektron sistemində yeni nömrələr və xidmətlər ilə bağlı sorğuların yaradılması və izlənilməsi; 
  • Anbarlarda saxlanılan inventarların vəziyyətinə nəzərət; 
  • Anbara dair xidmətlər göstərən şəxsin səlahiyyətli nümayəndələri tərəfindən düzgün və effektiv saxlama qaydalarına riayət olunmasına nəzarət;
  • Anbarda yerləşən avadanlıqların düzgün və təhlükəsiz daşınmasının təşkil edilməsi; 
  • Mebel və avadanlıq daxil olmaqla Cəmiyyətin aktivlərinin düzgün və effektiv idarə olunması;
  • Xarici ezamiyyətlərə dair məsələlərin icra və tam koordinasiya olunması;
  • Sadalanan xidmətlərə dair üçüncü tərəflərdən daxil olan sənədlərin yoxlanılması, daxili ERP sisteminə işlənilməsi, Maliyyə və Mühasibatlıq şöbəsinə sözügedən sənədlərin ödəniş üçün ötürülməsi; 
  • Rəhbərlik tərəfindən daxil olan İnzibati işlər şöbəsinin fəaliyyəti ilə bağlı bütün məsələlərə dair dəstək göstərilməsi; 

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Oxşar vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı), İngilis dili (arzuolunan);
  • MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;
  • 1C proqramında işləmə bacarığı;
  • Güclü ünsiyyət, problem həll etmə, Stresə davamlılıq.

İş şəraiti:

  • İş rejimi:  5 günlük 
  • İş yeri : Bakı şəhəri (Ezamlara hazır olmaq)
  • İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.

  • Daily0
  • Weekly533
  • Monthly540