F Foton

İşə qəbul üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə qəbul üzrə baş mütəxəssis

  • Deadline 29 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı; 
  • Könüllü tibbi siğorta; 
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Vəzifə tələblərinin hazırlaması və müxtəlif platformalarda yerləşdirməsi. İşədüzəlmə portalları, sosial media, peşəkar şəbəkələr (məs. LinkedIn) və işçi tövsiyələri ilə potensial namizədlərin müəyyənləşdirməsi və cəlb edilməsi;
  • Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və bacarıq, təcrübə və mədəni uyğunluğun qiymətləndirməsi üçün ilkin müsahibələrin aparılması;
  • Axıcı və səmərəli müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;
  • Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi; 
  • İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi; 
  • Cari və gələcək işəgötürmə ehtiyaclarını qarşılamaq üçün ixtisaslı namizədlərin siyahısının yaradılması və saxlanması;
  • Namizədləri İzləmə Sistemindən (ATS platforması) istifadə etməklə namizədlərin məlumatlarının idarə edilməsi və işə qəbul siyasətinə və qaydalarına riayət olunmasının təmin edilməsi;
  • İşə qəbuldan əvvəl namizəd məlumatlarının doğruluğunun və etibarılılığının təmin edilməsi üçün namizədlərin tərcümeyi-halını və tövsiyələrinin yoxlanması;
  • Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadlı mütəxəssisləri cəlb etmək üçün işə qəbul üzrə marketinq kampaniyalarını idarə etməklə işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;
  • Sənədləşmə və istiqamətləndirmə daxil olmaqla yeni işçilərin (onbording) prosesinin təşkil edilməsi.

Tələblər:

  • Psixologiya, Sosiologiya və ya İnsan Resursları istiqamətində bakalavr dərəcəsi; 
  • İşə qəbul üzrə (Recruitment) 3-4 il iş təcrübəsi; 
  • Kadrların qiymətləndirilməsi və seçilməsi alətləri ilə tanışlıq, işəgötürmə üzrə marketinq və işəgötürənin brendinin yaradılması haqqında biliklər;
  • Resursların cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
  • Microsoft Office (Word/Excel/PowerPoint)
  • Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi.

CV-lərinizi  “İşə qəbul üzrə baş mütəxəssis” başlığı altında e-mail ünvanına göndərə bilərsiniz. 

  • Daily139
  • Weekly696
  • Monthly1521