F Foton
  • 424

Keyfiyyətə nəzarət üzrə mühəndis (elektrik işləri üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə mühəndis (elektrik işləri üzrə)

  • Deadline 25 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Aylıq NET əmək haqqı: 4000-4500 AZN;
  • Könüllü tibbi siğorta ailə paketi; (Paşa sığorta) 
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Vəzifə öhdəlikləri:

  • Elektrik işlərinin layihə və texniki spesifikasiyalara uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Bütün elektrik montaj işlərinin beynəlxalq və yerli standartlara uyğunluğunu yoxlamaq;
  • Test və yoxlama prosedurlarını (Insulation Resistance Test, Continuity Test, Hi-pot test və s.) həyata keçirmək;
  • Qüsurların və uyğunsuzluqların aşkarlanması və həlli istiqamətində təkliflər vermək;
  • Elektrik materiallarının və avadanlıqlarının təhvil alınması zamanı texniki yoxlamanın aparılması;
  • ITP (Inspection and Test Plan) və digər keyfiyyətə nəzarət sənədlərinin hazırlanması və yerinə yetirilməsi;
  • Podratçılar və texniki komandalarla sıx əməkdaşlıq;
  • Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namidə aid tələblər:

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət sahəsində minimum 5 illik iş təcrübəsi;
  • IEC, NEC, IEEE, API və digər müvafiq standartlar haqqında biliklər;
  • Test və yoxlama cihazları ilə işləmə bacarığı (Multimeter, Megger, Hi-pot cihazı və s.);
  • Texniki sənədlərlə işləmək və yoxlama protokollarını doldurmaq bacarığı;
  • Azərbaycan və İngilis dillərində texniki sənədləri oxuma və yazma bacarığı;
  • Güclü təşkilati və analitik düşüncə qabiliyyəti.

Üstünlüklər:

  • ISO 9001 və ya digər keyfiyyət menecmenti sistemləri üzrə biliklər;
  • Kompüter bilikləri: MS Office, AutoCAD, və ya digər texniki proqramlar;
  • SƏTƏM (Təhlükəsizlik və Ətraf Mühit) qaydaları üzrə biliklər.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə mühəndis (elektrik işləri üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

  • Daily10
  • Weekly588
  • Monthly2301