Nə təklif edirik?
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Könüllü tibbi sığorta (ailə paketi);
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim və tədris proqramları.
İşin təsnifatı:
- Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Təşkilati bölmələr üzrə büdcə performansını izləmək, fərqləri təhlil etmək və aylıq hesabatlar hazırlamaq;
- Mühasibat əməliyyatlarını nəzərdən keçirmək və onların müvafiq tələblərə uyğunluğunu yoxlamaq;
- Hesabatlılıq və analitik proseslərin effektiv həyata keçirilməsi məqsədilə digər struktur bölmələrlə əməkdaşlıq etmək;
- Daxili idarəetmə hesabatlarının hazırlanmasını və təhlilini həyata keçirmək.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Maliyyə planlaşdırılması, təhlili və hesabatlılıq sahəsində minimum 2 il iş təcrübəsi;
- MHBS (IFRS) üzrə biliklər, ACCA FA və FR imtahanlarının uğurla tamamlanması;
- MS Office proqramları, xüsusilə MS Excel üzrə yaxşı iş bacarıqları; 1C proqramı ilə iş təcrübəsi arzuolunandır;
- Güclü analitik düşünmə qabiliyyəti.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Bakı şəhəri.
CV-lərinizi “Maliyyə üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.