F Foton
  • 676

Yaşıllaşdırma üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yaşıllaşdırma üzrə menecer

  • Deadline 29 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Aylıq NET əmək haqqı: 3000 AZN;
  • Könüllü tibbi siğorta; (ailə paketi)
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;

İşin təsnifatı:

  • Villa komplekslərində iri yaşıllıq sahələrinin planlı şəkildə baxımına və yaxşılaşdırılmasına rəhbərlik etmək;
  • Ağacların, kolların, gül bitkilərinin düzgün əkilməsinə və qulluğuna nəzarət;
  • Bitkilərin, ağacların diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsinə nəzarət etmək;
  • Bitkilərin, ağacların vaxtında sulanması və xüsusi dərmanlarla qulluq edilməsinə nəzarət və məsuliyyət daşımaq;
  • Qazonların vaxtında  biçilməsi, bitkilərin budanması qrafikinin hazırlanması və işinin təşkil edilməsi;
  • Yerli aqronomlara tapşırıqlar vermək və onların işini koordinasiya etmək;
  • Bağban heyətinin gündəlik iş fəaliyyətinə nəzarət və istiqamətləndirmə; 
  • Yaşıllıq sahələrinin estetik və funksional vəziyyətinin daimi monitorinqi;
  • İstifadə olunan materialların və inventarın idarə edilməsi;
  • HSE (Əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət;
  • Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq.

Tələblər:

  • Aqronomiya sahəsində təhsil və bu sahədə minimum 5 illik iş təcrübəsi;
  • Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;( MS Office proqramları)
  • Komanda idarəetmə və liderlik bacarığı; 
  • Planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
  • Bitki növləri, torpaq və gübrələmə sistemləri üzrə nəzəri və praktiki biliklər; 
  • Büdcə və resursların idarə olunması üzrə təcrübə; 
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Regionlar
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

CV-lərinizi  “Yaşıllaşdırma üzrə menecer” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly127
  • Monthly0