Avropa və Türk mətbəxi · Fəvvarələr meydanında yeni All-day kafe
Biz kimik
- Fountains Square Restaurants — Bakıda Firuzə restoranı, Araz Terrace, Nərgiz restoranı, Bonbon Patisserie və MA Desserts & Crepes məkanlarını idarə edən restoran qrupu. Şəhərin ən canlı nöqtəsində — Fəvvarələr meydanında yeni all-day kafemizi açırıq və mətbəxi öz imzası ilə quracaq peşəkar Chef axtarırıq.
Sizi nə gözləyir
- Yüksək qazanc — orta aylıq gəlir 3 500 – 6 000 ₼;
- Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz;
- Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu üzərində yaradıcı iş;
- Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən məkan;
- Tanınmış restoran qrupunun dəstəyi və sabitliyi;
- Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə uyğun.
İş öhdəlikləri
- Mətbəxə Baş Aşpaz (Chef) kimi tam rəhbərlik etmək;
- Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik etmək;
- Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati məsələlər;
- Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək;
- Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf etdirmək;
- Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak etmək;
- Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Məhsulların səmərəli istifadəsinə və anbar ehtiyatlarına nəzarət etmək.
Tələblər
- Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il təcrübə (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Liderlik, ünsiyyət və komandada işləmək bacarığı;
- Stresə davamlılıq və çevik iş qrafikinə hazırlıq;
- Azərbaycan vətəndaşlığı.
İş şərtləri
- Qazanc: orta aylıq 3 500 – 6 000 Azn (sabit maaş + service charge + bonuslar);
- 6 günlük iş qrafiki;
- İş saatları görüşdə müzakirə olunur;
- Tam rəsmi əmək müqaviləsi.
Necə müraciət etmək olar
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: «Chef — Fəvvarələr meydanı».
Yeməklərinizin şəkillərini (portfolio) əlavə etsəniz, müraciətiniz daha tez nəzərdən keçiriləcək. Uyğun namizədlərlə qısa müddətdə əlaqə saxlanılır. Bütün müraciətlər məxfi saxlanılır.