Fountains Square Restaurants Fountains Square Restaurants
  • 245

Fountains Square Restaurants

Accommodation & Food Services , Restaurants & Catering

Baş Aşpaz - Türkiyə / Avropa mətbəxi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Aşpaz - Türkiyə / Avropa mətbəxi

  • Deadline 18 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avropa və Türk mətbəxi · Fəvvarələr meydanında yeni All-day kafe

Biz kimik

  • Fountains Square Restaurants — Bakıda Firuzə restoranı, Araz Terrace, Nərgiz restoranı, Bonbon Patisserie və MA Desserts & Crepes məkanlarını idarə edən restoran qrupu. Şəhərin ən canlı nöqtəsində — Fəvvarələr meydanında yeni all-day kafemizi açırıq və mətbəxi öz imzası ilə quracaq peşəkar Chef axtarırıq.

Sizi nə gözləyir

  • Yüksək qazanc — orta aylıq gəlir 3 500 – 6 000 ₼;
  • Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz;
  • Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu üzərində yaradıcı iş;
  • Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən məkan;
  • Tanınmış restoran qrupunun dəstəyi və sabitliyi;
  • Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə uyğun.

İş öhdəlikləri

  • Mətbəxə Baş Aşpaz (Chef) kimi tam rəhbərlik etmək;
  • Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik etmək;
  • Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati məsələlər;
  • Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək;
  • Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf etdirmək;
  • Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak etmək;
  • Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
  • Məhsulların səmərəli istifadəsinə və anbar ehtiyatlarına nəzarət etmək.

Tələblər

  • Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il təcrübə (rəhbər vəzifədə təcrübə üstünlükdür);
  • Liderlik, ünsiyyət və komandada işləmək bacarığı;
  • Stresə davamlılıq və çevik iş qrafikinə hazırlıq;
  • Azərbaycan vətəndaşlığı.

​​​​​​​​​​​​​​İş şərtləri

  • Qazanc: orta aylıq 3 500 – 6 000 Azn (sabit maaş + service charge + bonuslar);
  • 6 günlük iş qrafiki;
  • İş saatları görüşdə müzakirə olunur;
  • Tam rəsmi əmək müqaviləsi.

Necə müraciət etmək olar

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: «Chef — Fəvvarələr meydanı».

Yeməklərinizin şəkillərini (portfolio) əlavə etsəniz, müraciətiniz daha tez nəzərdən keçiriləcək. Uyğun namizədlərlə qısa müddətdə əlaqə saxlanılır. Bütün müraciətlər məxfi saxlanılır.

  • Daily49
  • Weekly49
  • Monthly1477