Vəzifə öhdəlikləri:
- 1C 8.3 proqramında gündəlik əməliyyatların (alış, satış, anbar) daxil edilməsi
- Qaimə, hesab-faktura və digər mühasibat sənədlərinin hazırlanması
- Anbar qalığına nəzarət və məlumatların düzgünlüyünün təmin edilməsi
- Mühasibatlıq sənədlərinin sistemə operativ və düzgün işlənməsi
- Müştəri və təchizatçı məlumatlarının sistemə daxil edilməsi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Kassa və bank əməliyyatlarının 1C 8.3 sistemində əks olunması
- Arxivləşdirmə və sənədlərin düzgün saxlanılması
Tələblər:
- 1C 8.3 proqramı üzrə minimum 1 il iş təcrübəsi
- Mühasibatlıq üzrə ilkin biliklər
- MS Excel proqramını yaxşı səviyyədə bilməli
- Diqqətli, məsuliyyətli və dəqiq işləmə bacarığı
- Komandada işləmək və vaxtında tapşırıqları yerinə yetirmək qabiliyyəti
Üstünlüklər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə)
- ERP sistemləri ilə iş təcrübəsi
İş şəraiti:
- İş yeri: Bakıxanov Arina biznes mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 600-700 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vacib qeyd: Tələblərə cavab verməyən, və subject-də vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmıyacaq!