Fresh catering şirkətinə İstehsalat üzrə mühasib (kalkulyasiya və xammal nəzarəti üzrə) tələb olunur.
İş şəraiti
- İş yeri: Ağ şəhər
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfdən verilir.
- Əmək haqqı 1000 azn.
Namizədə tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə)
- İstehsalat və ya iaşə sahəsində müvafiq iş təcrübəsi
- Maya dəyəri və xammal uçotu üzrə bilik
- İiko və Excel proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyət və dəqiqlik
Əmək funksiyaları:
Kalkulyasiya və maya dəyərinin hesablanması
- Hər bir yemək və məhsul üzrə texnoloji kartların (reseptlərin) hazırlanması və sistemə daxil edilməsi
- Məhsullar üzrə faktiki və plan maya dəyərinin hesablanması
- Xammal qiymətlərində dəyişiklik olduqda kalkulyasiyaların yenilənməsi
- Banket, tədbir və xüsusi sifarişlər üzrə fərdi kalkulyasiyaların hazırlanması
- Maya dəyərində fərqlərin (plan–fakt) təhlili və rəhbərliyə hesabatın təqdim edilməsi
Xammalın silinməsi və istehsal uçotu
- Gündəlik istehsal hesabatları əsasında xammalın proqrama düzgün silinməsi
- Satışa uyğun olaraq hazır məhsulun anbar uçotundan silinməsinə nəzarət
- Normadan artıq sərfiyyat halları üzrə araşdırma aparılması
- Anbar qalığı ilə proqram qalığının uyğunluğunun yoxlanılması
- İnventarizasiya nəticələrinə əsasən düzəlişlərin aparılması
Proqram üzrə əməliyyatların icrası
- Mühasibat proqramında (İiko) nomenklaturanın düzgün qurulması
- Ölçü vahidlərinin və çevirmə əmsallarının düzgün tətbiqi
- Yeni məhsulların sistemə daxil edilməsi
- Proqramda səhv və uyğunsuzluqların aradan qaldırılması
Hesabatlılıq və nəzarət
- Gündəlik/aylıq xammal sərfiyyatı hesabatlarının hazırlanması
- Anbar üzrə qalığa nəzarət və minimum stok səviyyəsinin izlənməsi
- Artıq və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi
Daxili nəzarət və sənədləşmə
- Texnoloji kartların faktiki istehsal ilə uyğunluğunun yoxlanılması
- Daxili nəzarət prosedurlarının tətbiqi
CV-lərinizi mövzu hissəsində “İstehsalat üzrə mühasib” qeyde etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.