Ağstafa şəhərində yerləşən filial üzrə Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
- Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
- Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
- Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
- Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.
Namizəddən tələblər:
- Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Yaş həddi: 30–50;
- Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
- Əməkhaqqı: 1300 AZN-dən başlayaraq
- Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı (maksimum 2600 AZN bonus)
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Ağstafa filialı)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.