GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Ağstafa və Xaçmaz filiallarında çalışmaq üçün 2 və 3-cü kateqoriyalı Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifələr:
- Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
- Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Fərdi və komanda şəklində işləmə bacarığı;
- Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
- Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
- Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş Qrafiki və Təkliflər:
- İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.
Müraciət qaydası:
- Tələblərə cavab verən namizədlərdən «Kredit mütəxəssisi (Xaçmaz və yaxud Ağstafa filialı)» başlığı ilə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur:
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
- Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.