Əsas vəzifə öhdəlikləri:
- Kredit portfelinin monitorinqinin həyata keçirilməsi və risklərin vaxtında müəyyən olunması;
- Kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət və hesabatlılığın təmin edilməsi;
- Təminatların vəziyyətinin monitorinq edilməsi və mütəmadi qiymətləndirilməsi;
- Problemli kreditlərlə bağlı ilkin təhlillərin aparılması və aidiyyəti şöbələrə təqdim olunması;
- Müştəri biznesində “həyəcan siqnalları”nın müəyyən edilməsi və Kredit Komitəsinə təqdim olunması;
- “Potensial problemli müştərilər” üzrə daxil olan məlumatların təhlili və müzakirəyə çıxarılması;
- Kredit prosesində mövcud “zəif bəndlərin” aşkar edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
- Ümumi kredit sisteminin monitorinqi, analitik hesabatların hazırlanması;
- Aparıcı mütəxəssis üçün əlavə olaraq: monitorinq proseslərinin koordinasiyası və əməkdaşlara metodiki dəstək göstərilməsi.
Namizəddən tələblər:
- Bank işi, maliyyə, mühasibatlıq və ya müvafiq sahələr üzrə ali təhsil;
- Bank və ya kredit sahəsində minimum 1.5 il iş təcrübəsi (aparıcı vəzifə üçün minimum 3 il);
- Maliyyə analizi, risk analizi və MHBS üzrə biliklər;
- Azərbaycan qanunvericiliyini və AMB normativ aktlarını bilmək;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyət, dəqiq hesabat hazırlamaq bacarığı;
- Komanda və fərdi şəkildə işləmək bacarığı.
İş şəraiti və təkliflər:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
- Əməkhaqqı: Razılaşma yolu ilə
- Performansa uyğun bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Şirkətin struktur dəyişikliklərinə uyğun olaraq əməkhaqqı artımı imkanı
Maraqlanan namizədlər cv-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.