Gəncə şəhərində yerləşən filiallar üzrə Qrup rəhbəri
Əsas vəzifə öhdəlikləri:
- Fəaliyyət göstərdiyi filialın kredit fəaliyyətinə nəzarət etmək;
- Qrup üzvlərinin (kredit mütəxəssislərinin) işini təşkil və nəzarət etmək;
- Kredit müraciətlərini təhlil etmək, komitəyə təqdim etmək və rəsmiləşdirməyə nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və gecikmələrin qarşısının alınması üçün işlərin təşkili;
- Yeni işçilərin təlimləndirilməsi, inkişafı və karyera planlamasına dəstək vermək;
- Filialın kredit planlarının yerinə yetirilməsini təmin etmək və hesabatların hazırlanması;
- Problemli kreditlərin idarə olunması və portfelin sağlamlaşdırılması;
- İşçilərin etik davranış və daxili qaydalara riayət etməsinə nəzarət etmək;
- Müştərilərlə birlikdə vizitlərdə iştirak və satış prosesini dəstəkləmək.
Namizəddən tələblər:
- Ali təhsil (iqtisadi sahədə təhsili olanlara üstünlük verilir);
- Kredit sahəsində minimum 2 il iş təcrübəsi;
- Rəhbərlik bacarığı və komanda idarəetmə təcrübəsi;
- Müştəri yönümlü yanaşma və yüksək ünsiyyət bacarığı;
- Kredit və lombard sahəsində normativ sənədlərlə tanışlıq;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
- Əməkhaqqı və bonus sistemi:
- Əməkhaqqı: 1000 AZN
- Bonus: 2000 AZN (performansa əsasən)
- Ümumi aylıq qazanc imkanı: 3000 AZN-dək
Müraciət qaydası:
- Tələblərə uyğun olan namizədlərdən “Qrup rəhbəri (müvafiq filialın adı ilə)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
- Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
- Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.