Gabala Hospitality Group Gabala Hospitality Group
  • 257

Gabala Hospitality Group

Hotels, Restaurants & Leisure

Gəlirlər üzrə menecer (Revenue Manager)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Gəlirlər üzrə menecer (Revenue Manager)

  • Истекает 29 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş təsviri:

Gabala Hospitality Group-un Qafqaz otelləri şəbəkəsində gəlir idarəetmə strategiyasını formalaşdıracaq Gəlirlər üzrə menecer, otellərin gəlir strukturunu optimallaşdırmaq, qiymət siyasətini idarə etmək və satış kanallarında maksimum gəlir əldə etmək üçün analitik və strateji yanaşma tətbiq edəcək. Bu vəzifə həm yerli, həm də beynəlxalq bazarda gəlir artırma strategiyalarının tətbiqini və nəticələrin monitorinqini tələb edir. Əməkdaş Bakıdan işləyəcək. Vaxtaşırı Qəbələyə gəlməyi nəzərdə tutulur.

Əsas Məsuliyyətlər:

  • Gəlir strategiyalarının hazırlanması və otel otaqlarının optimal qiymətləndirilməsi;
  • Satış kanallarının performansını analiz etmək və təkmilləşdirmə tədbirləri təklif etmək;
  • Daxili və xarici bazar meyllərini izləmək və proqnozlar hazırlamaq;
  • Rezervasiya sistemləri, OTA və GDS platformaları ilə işləmək;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Marketinq və satış komandası ilə sıx əməkdaşlıq etmək.

Əsas Tələblər:

  • Otel və ya turizm sahəsində gəlir idarəetməsi üzrə minimum 3 illik təcrübə;
  • Gəlir analizi və qiymət strategiyası sahəsində güclü analitik düşüncə və təcrübə;
  • STR, OTA Insight, Opera, Excel kimi proqramlarla təcrübə;
  • İngilis dili biliyi (rus dili arzuolunandır);
  • Uzaqdan (remote) iş rejiminə uyğun intizam və özünüidarə bacarığı.

Bacarıqlar:

  • Analitik və strateji düşüncə tərzi;
  • Yüksək səviyyədə Excel bilikləri;
  • Komanda ilə effektiv ünsiyyət və hesabatlılıq;
  • Problem həll etmə bacarığı və detallara diqqət.

Təminatlar:

  • Rəqabətli əmək haqqı
  • Remote iş rejimi 
  • Peşəkar inkişaf imkanları

Müracitə üçün:

Maraqlanan namizədlərdən CV-lərini vəzifə adını başlıq hissəsində qeyd etməklə PDF formatda Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə uyğun olaraq dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly462
  • Monthly0