İşin təsviri:
Gabala Hospitality Group-un satış strategiyasının icrasında aktiv rol oynayacaq Satış Mütəxəssisi (Corporate Sales Specialist), xüsusilə korporativ və B2B müştərilərlə əlaqələri genişləndirmək, yeni müştəri cəlb etmək və satış həcmini artırmaq üçün təşəbbüskar fəaliyyət göstərəcək. Əməkdaş Bakıdan işləyəcək. Vaxtaşırı Qəbələyə gəlməyi nəzərdə tutulur.
Əsas Məsuliyyətlər:
- Yeni satış imkanlarını müəyyən etmək və əlaqə yaratmaq;
- Korporativ və Agentlik segmentlərində aktiv satış fəaliyyəti;
- Müştəri görüşlərinin təşkili və təqdimatların keçirilməsi;
- Satış planları və hesabatlarının hazırlanması.
Əsas Tələblər:
- Turizm və otelçilik sahəsində minimum 2 illik təcrübə;
- Satış üzrə minimum 1 illik təcrübə;
- Korporativ satışlarda və B2B mühitində işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Təşəbbüskar yanaşma.
Bacarıqlar:
- Soyuq satış texnikalarına bələdlik;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Güclü zaman idarəetməsi və komandada işləmək bacarığı;
- Müştəri yönümlü və nəticəyə fokuslanmış yanaşma.
Təminatlar:
- Rəqabətə dayanıqlı əmək haqqı və satış bonusları;
- Remote iş rejimi;
- Peşəkar inkişaf imkanları.
Müracitə üçün:
Maraqlanan namizədlərdən CV-lərini vəzifə adını başlıq hissəsində qeyd etməklə PDF formatda Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə uyğun olaraq dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.