Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)

  • Deadline 23 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Anbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini təmin etmək;
  • Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və göndərilməsinə nəzarət etmək;
  • Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq;
  • Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə və inventarizasiyaya nəzarət etmək;
  • Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • 1C proqramında anbar əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq;
  • Anbar sənədlərinin düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək;
  • Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq;
  • Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək;
  • Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
  • Digər struktur bölmələrlə koordinasiyalı şəkildə işləmək.

Namizədə tələblər

  • Anbar sahəsində iş təcrübəsi;
  • Rəhbər vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • 1C proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Anbar uçotu, inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər;
  • Məhsul qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı;
  • Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
  • İdarəetmə, komanda ilə işləmək və operativ qərarvermə bacarığı.

Üstünlük hesab olunur

  • Qida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi təcrübəsi;
  • Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə nəzarət üzrə biliklər;
  • Məhsulların saxlanma müddətinə və yararlılıq tarixlərinə nəzarət təcrübəsi;
  • FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq etmək bacarığı;
  • Anbar proseslərinin optimallaşdırılması və məhsul itkilərinin azaldılması üzrə təcrübə.

İş şəraiti

  • Əmək haqqı: 1 500 AZN;
  • 6 günlük iş həftəsi;
  • İş yeri: Lökbatan, Meyvəli ərazisi;
  • Peşəkar və dinamik iş mühitində çalışma imkanı.

Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

  • Daily55
  • Weekly144
  • Monthly1622