Galeon Seafood MMC şirkəti marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini həyata keçirəcək, nəticəyönümlü və peşəkar Marketinq şöbəsinin müdiri axtarır.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Çinar Park Biznes Mərkəzi
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin peşəkar təcrübə və bacarıqlarına əsasən razılaşma yolu ilə
Əsas vəzifə və öhdəliklər
- Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
- Qısa, orta və uzunmüddətli marketinq planlarını hazırlamaq və onların icrasına nəzarət etmək;
- Şirkətin məhsul portfelinin bazar mövqeyinin gücləndirilməsi və brend dəyərinin artırılması istiqamətində fəaliyyət göstərmək;
- Qida və dəniz məhsulları bazarını, istehlakçı davranışlarını, bazar trendlərini və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək;
- Məhsulların bazara çıxarılması, mövqeləndirilməsi və tanıtımı üzrə marketinq strategiyaları hazırlamaq;
- Brandinq, reklam, PR, rəqəmsal marketinq, sosial media və digər kommunikasiya kanallarının vahid strategiya çərçivəsində idarə edilməsini təmin etmək;
- Reklam və marketinq kampaniyalarının konsepsiyasını hazırlamaq, icrasını koordinasiya etmək və nəticələrini KPI-lar əsasında qiymətləndirmək;
- Marketinq büdcəsini formalaşdırmaq, xərclərin səmərəliliyinə nəzarət etmək və ROI göstəricilərini təhlil etmək;
- Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş marketinq layihələri və kampaniyalar hazırlamaq;
- Müştəri seqmentasiyası, hədəf auditoriyanın müəyyənləşdirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Marketinq kanallarının effektivliyini ölçmək, analitik hesabatlar hazırlamaq və nəticələr əsasında inkişaf təklifləri təqdim etmək;
- Marketinq şöbəsinin iş proseslərini təşkil etmək, əməkdaşlar arasında düzgün iş bölgüsü aparmaq və komandanın fəaliyyətini idarə etmək;
- Xarici agentliklər, media, influencerlər, dizayn və reklam tərəfdaşları ilə əməkdaşlığı idarə etmək;
- Şirkətin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına nəzarət etmək;
- Rəhbərliyə marketinq fəaliyyəti, bazar dinamikası və inkişaf imkanları barədə mütəmadi hesabatlar və təkliflər təqdim etmək.
Namizədə əsas tələblər
- Yaş: 27–40 yaş
- İş təcrübəsi: Marketinq sahəsində minimum 3 il
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat, PR və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Rus dili biliyi mütləqdir
- Marketinq sahəsində minimum 3 il, rəhbər və ya aparıcı mütəxəssis səviyyəsində iş təcrübəsi;
- Marketinq strategiyasının müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
- Brend idarəetməsi, rəqəmsal marketinq, SMM, reklam və PR istiqamətləri üzrə güclü biliklər;
- Bazar və rəqib analizlərinin aparılması və nəticələrin biznes qərarlarına çevrilməsi bacarığı;
- Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması təcrübəsi;
- Marketinq kampaniyalarının planlaşdırılması, icrası və effektivliyinin ölçülməsi üzrə təcrübə;
- Trade Marketinq üzrə bilik və təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
- Google Analytics, Meta Business Suite/Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik və strateji düşüncə;
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
- Eyni anda bir neçə layihəni planlaşdırmaq və idarə etmək bacarığı.
Üstünlük hesab olunur
- Qida, FMCG, HoReCa, Retail və ya dəniz məhsulları sektorunda marketinq təcrübəsi;
- Böyük və ya orta ölçülü brendlərin marketinq fəaliyyətinin idarə olunması təcrübəsi;
- Uğurlu reklam və satış dəstək kampaniyalarından ibarət portfolio;
- Marketinq KPI-larının müəyyənləşdirilməsi və nəticələrin analizi üzrə təcrübə;
- Agentlik və podratçılarla iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı.
Biz nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik iş mühiti;
- Marketinq strategiyasının formalaşdırılmasında və qərarvermə proseslərində aktiv rol;
- Peşəkar inkişaf və karyera imkanları;
- Əmək haqqının namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq razılaşma yolu ilə müəyyən edilməsi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.