Marketinq şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq şöbəsinin müdiri

  • Истекает 22 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Galeon Seafood MMC şirkəti marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini həyata keçirəcək, nəticəyönümlü və peşəkar Marketinq şöbəsinin müdiri axtarır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Çinar Park Biznes Mərkəzi
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin peşəkar təcrübə və bacarıqlarına əsasən razılaşma yolu ilə

Əsas vəzifə və öhdəliklər

  • Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
  • Qısa, orta və uzunmüddətli marketinq planlarını hazırlamaq və onların icrasına nəzarət etmək;
  • Şirkətin məhsul portfelinin bazar mövqeyinin gücləndirilməsi və brend dəyərinin artırılması istiqamətində fəaliyyət göstərmək;
  • Qida və dəniz məhsulları bazarını, istehlakçı davranışlarını, bazar trendlərini və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək;
  • Məhsulların bazara çıxarılması, mövqeləndirilməsi və tanıtımı üzrə marketinq strategiyaları hazırlamaq;
  • Brandinq, reklam, PR, rəqəmsal marketinq, sosial media və digər kommunikasiya kanallarının vahid strategiya çərçivəsində idarə edilməsini təmin etmək;
  • Reklam və marketinq kampaniyalarının konsepsiyasını hazırlamaq, icrasını koordinasiya etmək və nəticələrini KPI-lar əsasında qiymətləndirmək;
  • Marketinq büdcəsini formalaşdırmaq, xərclərin səmərəliliyinə nəzarət etmək və ROI göstəricilərini təhlil etmək;
  • Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş marketinq layihələri və kampaniyalar hazırlamaq;
  • Müştəri seqmentasiyası, hədəf auditoriyanın müəyyənləşdirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Marketinq kanallarının effektivliyini ölçmək, analitik hesabatlar hazırlamaq və nəticələr əsasında inkişaf təklifləri təqdim etmək;
  • Marketinq şöbəsinin iş proseslərini təşkil etmək, əməkdaşlar arasında düzgün iş bölgüsü aparmaq və komandanın fəaliyyətini idarə etmək;
  • Xarici agentliklər, media, influencerlər, dizayn və reklam tərəfdaşları ilə əməkdaşlığı idarə etmək;
  • Şirkətin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına nəzarət etmək;
  • Rəhbərliyə marketinq fəaliyyəti, bazar dinamikası və inkişaf imkanları barədə mütəmadi hesabatlar və təkliflər təqdim etmək.

Namizədə əsas tələblər

  • Yaş: 27–40 yaş
  • İş təcrübəsi: Marketinq sahəsində minimum 3 il
  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat, PR və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Rus dili biliyi mütləqdir
  • Marketinq sahəsində minimum 3 il, rəhbər və ya aparıcı mütəxəssis səviyyəsində iş təcrübəsi;
  • Marketinq strategiyasının müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
  • Brend idarəetməsi, rəqəmsal marketinq, SMM, reklam və PR istiqamətləri üzrə güclü biliklər;
  • Bazar və rəqib analizlərinin aparılması və nəticələrin biznes qərarlarına çevrilməsi bacarığı;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması təcrübəsi;
  • Marketinq kampaniyalarının planlaşdırılması, icrası və effektivliyinin ölçülməsi üzrə təcrübə;
  • Trade Marketinq üzrə bilik və təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
  • Google Analytics, Meta Business Suite/Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Analitik və strateji düşüncə;
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Eyni anda bir neçə layihəni planlaşdırmaq və idarə etmək bacarığı.

Üstünlük hesab olunur

  • Qida, FMCG, HoReCa, Retail və ya dəniz məhsulları sektorunda marketinq təcrübəsi;
  • Böyük və ya orta ölçülü brendlərin marketinq fəaliyyətinin idarə olunması təcrübəsi;
  • Uğurlu reklam və satış dəstək kampaniyalarından ibarət portfolio;
  • Marketinq KPI-larının müəyyənləşdirilməsi və nəticələrin analizi üzrə təcrübə;
  • Agentlik və podratçılarla iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Marketinq strategiyasının formalaşdırılmasında və qərarvermə proseslərində aktiv rol;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Əmək haqqının namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq razılaşma yolu ilə müəyyən edilməsi.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

  • Daily133
  • Weekly271
  • Monthly1991