Satıcı-kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satıcı-kassir

  • Deadline 28 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Galeon Seafood MMC komandamızı genişləndirir!

Əgər siz gülərüz, ünsiyyətcil, məsuliyyətli, satış sahəsində təcrübəli və müştəri məmnuniyyətini hər zaman ön planda tutan bir mütəxəssissinizsə, sizi Unityfood ailəsinin bir parçası olmağa dəvət edirik.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Təcrübə: Qida və pərakəndə satış sahəsində minimum 1 il
  • Təhsil: Orta və ya orta ixtisas təhsili
  • Əmək haqqı: 600 AZN (NETT)
  • Yemək haqqı 120 Azn (əlavə)

Vəzifə öhdəlikləri

  • Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, keyfiyyətli xidmət göstərmək;
  • Məhsullar haqqında ətraflı məlumat vermək və satış prosesini effektiv şəkildə həyata keçirmək;
  • Kassa əməliyyatlarını dəqiq və operativ icra etmək;
  • Nağd, bank kartı və POS-terminal vasitəsilə ödənişləri qəbul etmək;
  • Günlük kassa hesabatlarını hazırlamaq və təhvil vermək;
  • Vitrinlərin səliqəli saxlanılmasına, qiymət etiketlərinin düzgünlüyünə və məhsulların son istifadə tarixlərinə nəzarət etmək;
  • Mağazada təmizlik və nizam-intizamın qorunmasına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə tələblər

  • Bəy və xanım namizədlər
  • Qida və pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Gülərüz, nəzakətli və yüksək ünsiyyət bacarığı;
  • Satış və müştəri xidməti sahəsində işləmək həvəsi;
  • Kassa aparatı və POS-terminal ilə işləmək bacarığı;
  • Məsuliyyətli, dürüst, operativ və komandada işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq
  • Rus dili mütləqdir

​​​​​​​Biz təklif edirik

  • Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
  • Vaxtında ödənilən əmək haqqı;
  • Mehriban və peşəkar kollektiv;
  • Karyera yüksəlişi və inkişaf imkanları;
  • Stabil və uzunmüddətli iş mühiti.

Galeon Seafood MMC olaraq, peşəkar komandamızın bir üzvü olmaq istəyən namizədləri müraciət etməyə dəvət edirik.

Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində mövzu hissəsində "Satıcı-kassir" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly653
  • Monthly2406