Satınalma üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə mütəxəssis

  • Deadline 16 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

Onlayn satış platformasının idarə edilməsi

  • Platformada məhsul çeşidlərinin, qiymətlərin, kateqoriyaların və şəkillərin yoxlanılması;
  • Yeni məhsulların platformaya əlavə edilməsi;
  • Satışdan çıxarılan məhsulların platformadan silinməsi;
  • Məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək.

Məhsul məlumatları və etiketləmə

  • Məhsul məlumatlarının Azərbaycan dilinə tərcümə edilməsi;
  • Məhsul adlarının, tərkibinin və digər məlumatların düzgün hazırlanması;
  • Məhsul etiketlərinin hazırlanması və çap edilməsi.

1C proqramı üzrə əməliyyatlar

  • Yeni daxil olan məhsulların 1C sisteminə əlavə edilməsi;
  • Məhsul adlarının, kodlarının və digər zəruri məlumatların sistemdə qeydiyyata alınması;
  • Məhsul məlumatlarının düzgünlüyünə nəzarət etmək.

AQTA sənədləri və sertifikatlara nəzarət

  • Məhsullara aid müvafiq sertifikat və sənədlərin yoxlanılması;
  • AQTA tələblərinə uyğun sənədlərin mövcudluğuna nəzarət etmək;
  • Sənədlərin uyğunluğunu və etibarlılıq müddətlərini izləmək.

Satış prosesinə dəstək

  • Satış əməkdaşlarına gündəlik iş prosesində dəstək göstərmək;
  • Məhsullarla bağlı yaranan məsələlərin operativ həllinə kömək etmək;
  • Müvafiq struktur bölmələrlə koordinasiyalı işləmək.

Namizədə dair tələblər

  • Yaş həddi: 22–35;
  • Ali təhsil;
  • Təcrübə min 1 il;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • 1C proqramı üzrə biliklər;
  • Azərbaycan dilində düzgün yazı və tərcümə bacarığı;
  • Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur

  • Satınalma və təchizat sahəsində iş təcrübəsi;
  • Onlayn satış platformaları ilə iş təcrübəsi;
  • Qida və dəniz məhsulları sektorunda təcrübə;
  • Məhsul sənədləşməsi və sertifikatlarla iş təcrübəsi.

İş şəraiti

  • Əmək haqqı: 700 AZN;
  • İş rejimi: 6 günlük iş həftəsi;
  • Rəsmi əmək müqaviləsi;
  • İş yeri: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 70–72.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily24
  • Weekly142
  • Monthly1075