“GALLCO Construction” MMC Texniki ofis mühəndisi vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri
- Tikinti-quraşdırma işlərinin həcmini, təsdiq edilmiş layihə-smeta sənədlərini, işçi heyətinin uyğunluğunu, tikinti norma və qaydalarını, standartları və texniki şərtləri yoxlamaq;
- Tender prosesləri zamanı ilkin müqavilə qiyməti təkliflərini hazırlamaq və tətbiq olunan qiymətləndirmə metodologiyalarını əsaslandırmaq;
- Tikinti sahələrindən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək;
- Sifarişçilərdən və subpodratçılardan təqdim olunan smeta sənədlərini yoxlamaq;
- BOQ (Bill of Quantities) sənədlərini hazırlamaq;
- Tikinti prosesində yaranan layihə dəyişikliklərinin nəzərdən keçirilməsində və təsdiqlənməsində iştirak etmək, dəyişikliklərin qeydiyyatını aparmaq və arxivləşdirilməsini təmin etmək;
- Layihələrin icrası ilə bağlı görülən işlər barədə mütəmadi olaraq birbaşa rəhbərliyə hesabat təqdim etmək;
- Tender paketlərinin hazırlanması zamanı layihələr üzrə texniki tapşırıqları və spesifikasiyaları təhlil etmək.
Namizədə tələblər
- Ali texniki təhsil;
- Tikinti sahəsində Texniki Ofis Mühəndisi və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, layihə-smeta sənədləri, BOQ və tender prosesləri üzrə biliklər;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
- AutoCAD, ArchiCAD, Revit və SketchUp proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, məsuliyyətlilik, planlaşdırma və komandada işləmək bacarığı.
İş şəraiti
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır;
- Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanı.
Tələblərə uyğun namizədlərdən CV-lərini " Texniki ofis mühəndisi " mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.