Gallco Construction & Engineering Company Gallco Construction & Engineering Company
  • 166

Texniki ofis mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Texniki ofis mühəndisi

  • Истекает 3 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“GALLCO Construction” MMC Texniki ofis mühəndisi vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri

  • Tikinti-quraşdırma işlərinin həcmini, təsdiq edilmiş layihə-smeta sənədlərini, işçi heyətinin uyğunluğunu, tikinti norma və qaydalarını, standartları və texniki şərtləri yoxlamaq;
  • Tender prosesləri zamanı ilkin müqavilə qiyməti təkliflərini hazırlamaq və tətbiq olunan qiymətləndirmə metodologiyalarını əsaslandırmaq;
  • Tikinti sahələrindən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək;
  • Sifarişçilərdən və subpodratçılardan təqdim olunan smeta sənədlərini yoxlamaq;
  • BOQ (Bill of Quantities) sənədlərini hazırlamaq;
  • Tikinti prosesində yaranan layihə dəyişikliklərinin nəzərdən keçirilməsində və təsdiqlənməsində iştirak etmək, dəyişikliklərin qeydiyyatını aparmaq və arxivləşdirilməsini təmin etmək;
  • Layihələrin icrası ilə bağlı görülən işlər barədə mütəmadi olaraq birbaşa rəhbərliyə hesabat təqdim etmək;
  • Tender paketlərinin hazırlanması zamanı layihələr üzrə texniki tapşırıqları və spesifikasiyaları təhlil etmək.

Namizədə tələblər

  • Ali texniki təhsil;
  • Tikinti sahəsində Texniki Ofis Mühəndisi və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Tikinti norma və qaydaları, layihə-smeta sənədləri, BOQ və tender prosesləri üzrə biliklər;
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
  • AutoCAD, ArchiCAD, Revit və SketchUp proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, planlaşdırma və komandada işləmək bacarığı.

İş şəraiti

  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır;
  • Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanı.

Tələblərə uyğun namizədlərdən CV-lərini " Texniki ofis mühəndisi " mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily86
  • Weekly189
  • Monthly206