GapGo Market start-up üçün Marketinq üzrə kiçik mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasına dəstək olmaq və müvafiq təhlillər aparmaq;
- Sosial media platformalarının (Facebook, Instagram, TikTok və s.) idarə olunmasında iştirak etmək;
- Reklam kampaniyalarının hazırlanması və həyata keçirilməsinə kömək etmək;
- Müştəri davranışlarının təhlili və bazar araşdırmalarının aparılması;
- Məlumatların toplanması, təhlil edilməsi və hesabatların hazırlanması;
- Şirkətin məhsul və xidmətlərinin təbliğində yaradıcı həllər təqdim etmək;
- Rus və Azərbaycan dillərində reklam materiallarının və məzmunun hazırlanması;
- Müxtəlif marketinq layihələrinin həyata keçirilməsində komanda ilə əməkdaşlıq etmək.
Tələblər:
- Marketinq, biznesin idarə olunması və ya müvafiq sahədə ali təhsil;
- Minimum 1 il iş təcrübəsi marketinq sahəsində (təcrübə proqramlarında iştirak üstünlükdür);
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
- MS Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə bacarığı;
- Sosial media platformalarının idarə olunması üzrə biliklər;
- Analitik düşünmə və yaradıcılıq qabiliyyəti;
- Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma;
Bu vakansiya ilə maraqlananlar CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını və tam adınızı mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.