Front Office Supervisor

  • Истекает 13 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şəhər: Naftalan, Azərbaycan

Vəzifənin Təsviri: “Garabag Resort and SPA” komandasında Front Office Supervisor vəzifəsi üzrə namizədlər axtarılır.

Əsas vəzifə və öhdəliklər:

  • Qonaq məmnuniyyətini maksimum səviyyədə təmin etmək
  • Rezervasiya standartlarının bilik və tətbiqi heyətin ona uyğun işləməsini təmin etmək.
  • Qonaqların yüksək səviyyədə xidmətlə təmin edilməsi və məmnunluğun izlənməsi.
  • Sosial media, online satış platformaları və qonaq rəylərinin izlənilməsi, cavablandırılması və rəhbərliyə hesabat verilməsi.
  • Qonaq şikayətlərini və mübahisələri nəzərdən keçirib sürətli həll təmin etmək.
  • Qonnaqların gəliş və gedişlərini nəzarətdə saxlamaq.
  • Qiymət siyasəti, daxili audit prosedurları, borcların və qrup/fərdi hesab-fakturaların idarəsi.
  • Otaqların təyin olunması, VIP və qonaq tələblərinin izlənməsi və xidmətin təmin olunması.
  • Heyət üçün təlimlərin hazırlanması və keçirilməsi, işçilərin uniforma və şəxsi gigiyena standartlarına nəzarət.
  • PMS sistemləri və ön ofisin standart iş prosedurlarının tətbiqi.
  • Qonaq sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsi.
  • Növbələrarası brifinqlərin keçirilməsi və növbənin düzgün təhvil verilməsi.
  • Rezervasiya, dəyişiklik və ləğv əməliyyatlarını qəbul etmək; gəlməyən qonaqların ödənişlərini izləmək.
  • Agentlik komissiya ödəmələrinin təqibi və otelin doluluq/gəlir artımı üçün qeydiyyat şöbəsi ilə əlaqə saxlamaq.
  • Oteldə baş verən fövqəladə və təhlükəsizlik hallarında qaydalara uyğun tədbir görmək.

Tələblər:

  • Ali təhsil (otellər və turizm üzrə üstünlük).
  • Front Office əməliyyatları üzrə minimum 2-3 il təcrübə.
  • PMS sistemləri və MS Office bilikləri.
  • Yüksək səviyyədə ünsiyyət və liderlik bacarıqları.
  • Problem həll etmə və sürətli qərar vermə qabiliyyəti.

Qeyd: Gəncə ətrafında yaşayan namizədlər arzuolunandır.

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

  • Daily1
  • Weekly609
  • Monthly1296