Gardashlar Mebel Gardashlar Mebel

Baş anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş anbardar

  • Deadline 27 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Qardaşlar Mebel" QSC şirkətinə Baş anbardar tələb olunur!

Vəzifə öhdəlikləri:

  •  Anbar fəaliyyətinin ümumi təşkili, idarə olunması və gündəlik əməliyyatlara rəhbərlik edilməsi
  •  Anbarda malların qəbulu, yerləşdirilməsi, saxlanılması və buraxılış proseslərinə nəzarət edilməsi
  •  Anbara daxil olan sifarişlərin mövcudluğunun yoxlanılması, daxil olan mal və yüklərin qeydiyyata alınması və sistem üzərindən müvafiq əməliyyatların icra edilməsi
  •  Mal-materialların qəbulu və qeydiyyatı zamanı yaranan uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin vaxtında məlumatlandırılması
  •  Anbar işçilərinin işinin koordinasiyası, tapşırıqların verilməsi və icrasına nəzarət edilməsi
  •  Mal-materialların inventarizasiya təlimatına uyğun hazırlanması, təşkili və inventarizasiya prosesinə rəhbərlik edilməsi
  •  Anbarda malların düzgün, sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsinin təmin edilməsi
  •  Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında aparılmasına nəzarət edilməsi
  •  Anbar üzrə uçot, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  •  Köhnəlmiş, zərər görmüş və yararsız mal-materialların müəyyən edilməsi və bu barədə birbaşa rəhbərliyə rəsmi məlumat verilməsi
  •  Əmək təhlükəsizliyi, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl olunmasına nəzarət edilməsi
  •  Anbar proseslərinin optimallaşdırılması və iş axınının səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
  • Microsoft Office (MS Word, MS Excel, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilməli
  • ERP proqramı üzrə biliklər
  • Analitik düşünmə və planlaşdırma bacarığı
  • Dəqiqlik, məsuliyyət və detallara diqqət
  • Komandaya rəhbərlik və effektiv ünsiyyət bacarığı

İş şəraiti

  • İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür.
  • İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
  • Əmək haqqı: Razılaşmaya əsasən

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily100
  • Weekly587
  • Monthly2477