Gardashlar Mebel Gardashlar Mebel
  • 342

Metal üzrə konstruktor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Metal üzrə konstruktor

  • Deadline 7 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  • Metal konstruksiya və istehsal layihələrində minimum 3 il iş təcrübəsi olmalı.
  • Metal konstruksiya və standart cizgiləri oxumağı bacarmalı.
  • AutoCAD, SolidWorks və s.kimi proqramlarda işləmə bacarığı olmalı.
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Dəqiq ölçülər üzərindən layihələrin düzgün və vaxtında icrasını təmin etmək;
  • İşçi layihəni hazırlamaq, işin gedişinə nəzarət etmək və layihə üçün material sərfini çıxarmaq;
  • Metal konstruksiyanın istehsal olunma və quraşdırılma gedişatını düzgün, zaman itkisi olmadan tətbiq etmək;
  • Metal konstruksiyaların sifarişçi sənədlərinə istinadən modellənməsini həyata keçirmək;
  • Qaynaq və bolt birləşmələrinin modellənməsini, avtomatik bağlantıların tətbiq edilməsini həyata keçirmək;
  • Ümumi plan, yığım və detal cizgilərinin standartlara görə hazırlanmasını həyata keçirmək;
  • Kəsim planlarının və qaynaq raportlarının hazırlanmasını həyata keçirmək;
  • Konstruksiya cizgilərinin istehsalat üçün tam paket şəklində hazırlanmasını həyata keçirmək;
  • Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyasını və s. həyata keçirmək; 
  • Mövcud konstruksiyalarda dəyişikliklər aparmaq və onların təkmilləşdirilməsini təmin etmək;
  • İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun şəkildə icrasına nəzarət etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən 

Vakansiyaya  müraciət üçün CV-ləri “Metal üzrə konstruktor” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq.

  • Daily123
  • Weekly749
  • Monthly771