Gashaltı Health Hotel Naftalan Gashaltı Health Hotel Naftalan
  • 607

Gashaltı Health Hotel Naftalan

Hotel, restoran və istirahət mərkəzləri

Texniki coordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki coordinator

  • Deadline 28 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Texniki şöbə

Vəzifə öhdəlikləri:

  • Texniki şöbənin əməkdaşları arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması üçün Baş mühəndis müavininə kömək etmək, gündəlik texniki yoxlamalar və təmir işlərini kordinasiya etmək;
  • Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsinə kömək etmək;
  • Texniki tapşırıqlar, planlaşdırılmış texniki xidmət və təmir işlərini kordinasiya etmək;
  • Təmir və xidmət üçün lazımi materialların, ehtiyat hissələrinin və ləvazimatların sifarişini icra etmək;
  • Qurğu və avadanlıqlara profilaktik texniki xidmət,  qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsini kordinasiya etmək;
  • Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
  • Bütün əməkdaşlar üçün nəzərdə tutulmuş təlimat və qaydaları tam olaraq başa düşdüklərini və onlara riayət etmələrini kordinasiya etmək;
  • Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək, müəssisənin və şöbənin müvəffəqiyyət qazanması üçün onları stimullaşdırmaq və rəğbətləndirmək üçün Baş mühəndis müavininə kömək etmək;
  • Texniki şöbənin müntəzəm daxili hesabat görüşlərində iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
  • Texniki şöbənin xarici görünüşlə bağlı tələbləri bilməsi, müvafiq uniformanı geyməsi, xarici görünüş və gigiyena ilə bağlı yüksək standartlara cavab verməsini təmin etmək;
  • Tələb olunduqda, Baş mühəndis müavini əvəz etmək və əməliyyatla bağlı bütün məsələlərdə iştirak etmək;
  • Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək və təsdiq olunduqda icrasını həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
  • Şöbənin tələblərə uyğun fəaliyyətini təşkil etmək məqsədilə digər şöbələr ilə qarşılıqlı əlaqə qurmaq;
  • Qonaqpərvərlik standartlarına riayət etmək, qonaqlarla əlaqədar texniki xidmət sorğularının vaxtlı-vaxtında tamamlanmasını təmin etmək;
  • Xidmətlərin təkmilləşdirilməsi, xərclərin azaldılması, keyfiyyətin yaxşılaşdırılması, risklərin azaldılması, texniki qulluq və iş yerinin effektivliyinə təsir edən digər müvafiq amillərə yönəlmiş təşəbbüsləri fəal şəkildə müəyyənləşdirmək və tövsiyə vermək;
  • Texniki şöbənin lazımi əməkdaşları üçün müvafiq sertifikatların və lisenziyaların alınmasını kömək etmək;
  • Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunmasına yardım etmək, hər hansı uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə xəbər vermək;
  • Biznesin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə tapşırığın görülməsi və çevik iş qrafikinin tərtib edilməsi yoluyla əməkdaşların məhsuldarlığını artırmağa kömək etmək;
  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq;
  • Təhlükəli vəziyyətin aradan qaldırılmasını kordinasiya etmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
  • Texniki şöbənin bütün qeydiyyat jurnallarının doldurulmasına nəzarət etmək və onları yoxlamaq;
  • Texniki şöbənin effektiv idarə edilməsini təmin etmək üçün illik CAPEX və OPEX büdcələrini formalaşdırılmasına kömək etmək;
  • Texniki şöbənin daxili hesabat görüşlərində müntəzəm iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
  • Kapital qoyuluşu və əməliyyat xərcləri ilə bağlı dəqiq və vaxtında proqnozlar yaratmaq üçün əməliyyat qruplarına dəstək vermək;
  • Bütün enerjiyə qənaət prosedurlarının icrasına kömək etmək və hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək;
  • Aylıq kommunal xidmətlərə dair (elektrik enerjisi, qaz, su) müqayisəli sərfiyyat hesabatları hazırlamaq;
  • Müəyyən edilmiş texniki plana uyğun müvafiq texniki servislərin təşkil olunmasını və podratçılara koordinasiyasını idarə etmək;
  • Bütün əməkdaşların daxili qaydalara və təlimatlara, texniki təhlükəsizlik, SƏTƏM-lə bağlı siyasət və prosedurlara riayət etmələrini təmin etmək;
  • Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması və icrasına kömək etmək;
  • Ətraf mühit problemləri haqqında məlumatlandırma və ətraf mühitin mühafizəsi ilə bağlı proqramların monitorinqi və idarə edilməsinə kömək etmək;
  • İnsan Resursları şöbəsi və texniki şöbə daxili təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları yaradılmasını kordinasiya etmək;

Tələb olunan bacarıqlar:

  • Müvafiq sahə üzrə təhsil.
  • Müvafiq vəzifədə ən azı 3- 5 il iş təcrübəsi.
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • Layihə idarəetmə bacarıqlar
  • Layihə planlaşdırması və vaxt cədvəlinin tərtibi
  • Risklərin müəyyənləşdirilməsi və idarə olunmas

Uyğun namizədlər, CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.

  • Daily101
  • Weekly101
  • Monthly101