İş yeri: “Gazelli Art House Baku” Lev Tolstoy küç. 172
Vəzifə öhdəlikləri:
- Qalereyada turların təşkil edilməsi, gələn qonaqlara Qalereya və əsərlər haqqında əhatəli məlumatların verilməsi;
- Qalereyanın kurasiya edilməsi;
- Satışların artırılmasına dəstək olmaq;
- Vəzifə öhdəliklərinə riayət olunmasına nəzarət etmək;
- Daxili qaydalara və etiket normalarına riayət olunmasına nəzarət etmək;
- Təşkilat daxilində müxtəlif proseslərin və əməliyyatların koordinasiyasına cavabdehlik daşımaq;
- Tapşırıqları prioritetləşdirib vaxtında yerinə yetirmək;
- Davamiyyətin günlük izlənilməsi və qrafiklərin vaxtında tərtib edilməsi;
- Davamiyyətlərin aysonu əməkdaşlar tərəfindən imzalanmasına və ƏG (əlavə istirahət günlərinə aid Ərizələrin vaxtında yazılmasına və təhvil verilməsinə məsuliyyət daşımaq;
- İcazə hallarında uyğun ərizənin alınması (İcazələri (şəxsi və ya işlə əlaqədar) təyinatı üzrə qruplaşdırmaq);
- Aylıq icazə limitlərinə nəzarət etmək və qeydiyyatını aparmaq;
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək;
Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan dili və Rus dili mütləqdir (İngilis dili arzuolunandır);
- Müvafiq vəzifə üzrə azı 2 il iş təcrübəsi;
- Yaş həddi: 28-40
- Microsoft Word, Excel, Outlook proqramlarında işləmək;.
- Resursları və işçiləri yönləndirmə, planlaşdırma və problemləri həll etmək;
- Dəqiq və analitik düşünmə tərzi;
- Tələbetmə və yönləndirmə bacarığı;
İş şərtləri:
- Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- İş rejimi: Çərşənbə axşamı – Şənbə günü (Bazar - Bazar ertəsi qeyri-iş günü),
- İş vaxtı: 11:00-20:00
- Nahar şirkət tərəfindən qarşılanır
- Əmək haqqı müsahibə zamanı bildiriləcək
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “İncəsənət qalereyası administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.