“Gədəbəy Mineral Sulari”MMC-in fabrikində “Baş laborant” vakansiyasi açıq elan olunur.
Vəzifə öhdəlikləri:
- Məhsullarının kimyəvi- fiziki, mikrobioloji sınaqlara aparır və onların nəticələrinin obyektivliyinə və düzgünlüyünə cavab verir
- Nomenklaturada nəzərdə tutulmuş məhsulların yeni növ sınaqlarını mənimsəyir, eləcə də yeni ölçü vasitələrini və sınaq metodlarını tətbiq edir
- Laboratoriyaya təqdim olunmuş nümunələrin sınağının aparılmasına rəhbərlik edir
- Kimyəvi qabların təmizliyinə nəzarət edir.
- Laboratoriya avadanlıqlarının istifadə qaydalarını, təhlükəsizlik texnikasını, sanitariya, əməyin mühafizəsi qaydalarını bilməli və riayət edilməsinə görə məsuliyyət daşıyır.
- Sınaqların daha düzgün və effektli aparilması üçün bütün lazımi normativ sənədlərlə tanış olur.
- Laboratoriyada sınaq məqsədi ilə avadanlıqlardan istifadə edir.
- Prosedurlardan qaynaqlanan kənar çıxmaları təsbit edir və bu cür kənarçıxmaları əvvəlcədən müəyyən edir və lazımı mənbələrlə təmin edir.
- İstifadə edilən metod və prosedurları və hər sınaq və kalibrasiya hədəflərini əsas tutaraq sınaq və ya kalibrasiya nəticələrini qiymətləndirilməsini uyğun şəkildə sağlayır.
- Analizlərin dəqiqliyini nəzarətdə saxlamaq üçün digər laboratoriyalarda paralel analizlərin aparılmasını təşkil edir.
- Hər gün hazır məhsul və xammalın vacib parametrlərinin təyin olunması və yaddaşda saxlanması.
- Hazır məhsuları Respublikanın tanınmış laboratoriyalarından birində yoxlatdırılması- rübdə 1 dəfə
- Yeni tapılan bulaqların suyunun analiz edilməsi və rəy verilməsi.
- Fabrikdə sanitar gigiyena qaydalarına əməl olunmasına nəzarət etmək, işçilər arasında sanitar gigiyena qaydalarına əməl olunması üçün təbliğat işləri aparmaq.
- İstehsala lazım olan xam maddələrin (qapaq, preform) yoxlanılması və istehsala yararlığı barədə rəy verilməsi.
- Hazır məhsulların saxlanma şəraitinə əməl olunmasına nəzarət edilməsi.
- İSO sertifikatları və digər sənədlərin aparılması.
Tələblər:
- Müvafiq sahə üzrə 5 ildən çox iş staji
- Müvafiq sahə üzrə təhsil
- İSO standart tələblərini bilməli,
- Kimyəvi-fiziki, mikrobioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.
- Sertifikatların olması üstünlükdür
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
İş şəraiti
- Gədəbəy, Şəmkir, Gəncə bölgələrində yaşayan sakinlərə üstünlük verilir.
- İş yeri - Gədəbəy rayonu, Zəhmətkənd
- Namizəd ev ilə təmin olunur
- Əmək haqqı razılaşma yolu ilə təyin oluna bilər
Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Baş laborant” qeyd edərək göndərmələri xahiş olunur.