Gədəbəy Mineral Suları MMC Gədəbəy Mineral Suları MMC
  • 500

Gədəbəy Mineral Suları MMC

Agriculture, Forestry & Fishing , Food Manufacturing

Maliyyə meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə meneceri

  • Deadline 15 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Gədəbəy Mineral Sulari”MMC- də /Slavyanka/  “Maliyyə meneceri” vakansiyasi açıq elan olunur.

Vəzifə öhdəlikləri:

  • Illik büdcənin hazırlanması, icrasına nəzarət və büdcə kənarlaşmalarının təhlil edilməsi;
  • Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Vergi, audit və digər tərəflərlə maliyyə məlumatlarının hazırlanmasında koordinasya;
  • Yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
  • Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və effektiv idarə olunmasına nəzarət;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək,
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;

Tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;;
  • Müvafiq sahə üzrə 5 ildən çox iş staji
  • Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
  • Microsoft Office proqramları yüksək səviyyədə;
  • Financial Reporting və Management Reporting beynəlxalq imtahanları üzrə sertifikasiyalar (ACCA, FMVA, CPA və s)
  • Maliyyə təhlili, büdcələşdirmə və idarəetmə hesabatları üzrə praktiki biliklər;
  • Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı, 
  • Problem həlletmə bacarığı, komanda ilə işləmək bacarıqları, idarəetmə, əməkdaşlıq, operativlik, məsuliyyətlilik, dəqiqlik.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Maliyyə meneceri” qeyd edərək göndərmələri xahiş olunur.

  • Daily51
  • Weekly431
  • Monthly1495