“Gədəbəy Mineral Sulari”MMC- də /Slavyanka/ “Maliyyə meneceri” vakansiyasi açıq elan olunur.
Vəzifə öhdəlikləri:
- Illik büdcənin hazırlanması, icrasına nəzarət və büdcə kənarlaşmalarının təhlil edilməsi;
- Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Vergi, audit və digər tərəflərlə maliyyə məlumatlarının hazırlanmasında koordinasya;
- Yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
- Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və effektiv idarə olunmasına nəzarət;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək,
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
Tələblər:
- Maliyyə, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;;
- Müvafiq sahə üzrə 5 ildən çox iş staji
- Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
- Microsoft Office proqramları yüksək səviyyədə;
- Financial Reporting və Management Reporting beynəlxalq imtahanları üzrə sertifikasiyalar (ACCA, FMVA, CPA və s)
- Maliyyə təhlili, büdcələşdirmə və idarəetmə hesabatları üzrə praktiki biliklər;
- Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı,
- Problem həlletmə bacarığı, komanda ilə işləmək bacarıqları, idarəetmə, əməkdaşlıq, operativlik, məsuliyyətlilik, dəqiqlik.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Maliyyə meneceri” qeyd edərək göndərmələri xahiş olunur.